​Piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanıldı

​Piyadanı vuraraq hadisə yerindən qaçan
12:20 23.03.2022
143 Hadisə
A- A+

Şirvanda yol qəzası törədib hadisə yerindən qaçan sürücü saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən xəbərə görə, Salyan Rayon Polis Şöbəsinə martın 21-də saat 22 radələrində şəhər sakini P.Xəlilovanın yolu keçərkən müəyyən edilməmiş avtomobillə vurulması nəticəsində aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin “Mitsubishi” markalı avtomobillə törədilməsi müəyyən edilib və həmin nəqliyyat vasitəsini idarə edən Bakı şəhər sakini R.Həbibi saxlanılıb.

Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.