​Azərbaycanın voleybol yığması avrokubokda iştirakdan imtina etdi

​Azərbaycanın voleybol yığması avrokubokda iştirakdan
14:40 23.03.2022
170 İdman
A- A+

Voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisi bu il keçiriləcək Gümüş Avropa Liqasında iştirakdan imtina edib.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Finlandiya Voleybol Assosiasiyasının rəsmi saytı məlumat yayıb. Lakin yığmanın hansı səbəbdən yarışa qatılmayacağı açıqlanmayıb.

Federasiyadan isə "Report"a bildirilib ki, bu məsələ ilə bağlı rəsmi açıqlama martın 28-də veriləcək.

Qeyd edək ki, Azərbaycan millisi Finlandiya və Macarıstanla birlikdə A qrupunda mübarizə aparmalı idi.yarışa 2022-ci il mayın 25-də start veriləcək. Qruplarında ilk pilləni tutan komandalar "Dördlər finalı"na vəsiqə qazanacaq.