​İranda ötən sutka 67 nəfər koronavirusdan ölüb

​İranda ötən sutka 67 nəfər koronavirusdan
15:00 23.03.2022
A- A+

İranda ötən sutka ərzində 67 nəfər koronavirusdan (COVID-19) ölüb.

SÜLH.İNFO.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi elan edib.

Bununla da ölkədə bu virusdan ölənlərin sayı 139802 nəfərə yüksəlib. İranda son 24 saat ərzində 1123 nəfər koronavirusa yoluxub. Beləliklə, ölkədə COVID-19-a yoluxanların sayı 714 4532 nəfərə çatıb.