​Milli Parklarımızdan qış mənzərələri - FOTOLAR

​Milli Parklarımızdan qış mənzərələri -
17:20 23.03.2022
209 Toplum
A- A+

Milli parklarımızda son günlərin qarlı mənzərələri baharın gəlişi fonunda fərqli əhval-ruhiyyə yaradıb. Şahdağ, Göygöl, Hirkan,  Altıağac milli parklarının ağappaq örtüyü gecikmiş də olsa, bizi təbiətimizin həzin qış nağılına qovuşdurub. 

SÜLH.İNFO.az xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. 

"Tətil günlərində bu qışın sonuncu  qarlı günlərini milli parklarımızda keçirin, təbiətin bizə bəxş etdiyi qar sürprizlərini qaçırmayın", - məlumatda deyilir. 

Xidmət rəsmisinin sözlərinə görə, baharın ilk əlamətlərini özündə təcəssüm etdirən Novruz bayramı ərəfəsində bu il  milli parklarımızın bir neçəsi ağ örpəyə bürünüb, baxmayaraq ki, hər ilin bu dövründə yalnız Şahdağ Milli Parkının yüksək dağlıq ərazilərində qar örtüyü müşahidə olunurdu: "Bu il Göygöl, Hirkan və Altıağac Milli Parklarının ərazisində də qış dövrünə xarakterik olan qarlı mənzərələr müşahidə etmək mümkündür. Daha maraqlı tərəfi də odur ki, bu dövrə xarakterik olmayan miqdarda qar yağsa da, qar örtüyünün altından bitkilərin çiçəkləməsi müşahidə olunur. Təsadüfi deyil ki, son günlərdə bu milli parkların ərazisində qarın yağması ilə bağlı turistlərin sayında xeyli artım müşahidə olunur."