​Şoyqu haradadır? - Kremldən AÇIQLAMA

​Şoyqu haradadır? -
16:40 24.03.2022
152 Dünya
A- A+

"Müdafiə naziri Sergey Şoyqunun indi çox narahatlığı var. Xüsusi hərbi əməliyyat gedir".

SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Təbii ki, indi medianın fəaliyyəti üçün o qədər də vaxtı yoxdur, bu, tamamilə başa düşüləndir", - o, Şoyqu ilə bağlı danışarkən deyib.

Qeyd edək ki, son günlər Rusiyanın müdafiə naziri Sergey Şoyqunun media qarşısına çıxmaması müzakirələrə səbəb olub.