​Avropa Məhkəməsi “Saakaşvili Gürcüstana qarşı” işinə baxır

​Avropa Məhkəməsi “Saakaşvili Gürcüstana qarşı” işinə
20:40 24.03.2022
171 Dünya
A- A+

“Avropa İnsan Hüquqları Məhkəməsində “Saakaşvili Gürcüstana qarşı” işi mahiyyəti üzrə baxılma mərhələsinə keçir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın ədliyyə naziri Rati Breqadze brifinqdə deyib.

O bildirib ki, Ədliyyə Nazirliyi iş üzrə prosesə cəlb olunub: “Gürcüstanın arqumentləri çox tutarlıdır. Biz yekun şərhləri yalnız bu işin predmet müzakirəsi başa çatdıqdan sonra verə biləcəyik”.

Qeyd edək ki, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ötən ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Siyasətçi iddia edir ki, Gürcüstan məhkəmələrinin onun işi üzrə qəbul etdiyi qərarlar Avropa İnsan Hüquqları üzrə Konvensiyaya ziddir.