​Bu il 17 uşağa Xudayar adı verilib

​Bu il 17 uşağa Xudayar adı
22:20 24.03.2022
123 Toplum
A- A+

Bu il Azərbaycanda Xudayar adı verilən uşaqların sayı açıqlanıb.

"Unikal"ın məlumatına görə, cari ilin əvvəlindən bu günə qədər 17 uşağa Xudayar adı verilib.

Son illər ölkəmizdə Xudayar adının uşaqlara verilməsi artıb. Belə ki, ötən il yeni doğulan 82 körpəyə Xudayar adı verilib. 

Qeyd edək ki, Xudayar adı Vətən müharibəsində Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olmasından sonra məşhurlaşıb. Xudayarın hərbi əməliyyatların birindən öncə oxuduğu "Vətən yaxşıdır. .." təsnifi hazırda Azərbaycanda dillər əzbərinə çevrilib.