​Türkiyə ordusunun hərbçisi şəhid oldu

​Türkiyə ordusunun hərbçisi
11:20 25.03.2022
117 Dünya
A- A+

Türkiyə ordusunun hərbçisi İzmirdə şəhid olub.

Bu barədə SÜLH.İNFO.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə aviasiya təlimi vaxtı baş verib. Belə ki, çavuş Mahmut Güleş odlu silahdan ehtiyatsız istifadə nəticəsində həlak olub.

Türkiyənin milli müdafiə naziri Hulusi Akar hərbçinin ölümü ilə bağlı onun ailəsinə başsağlığı verib.