​Bir gündə 200-dən çox rusiyalı hərbçi Ukraynada öldürüldü

​Bir gündə 200-dən çox rusiyalı hərbçi Ukraynada
14:40 25.03.2022
167 Dünya
A- A+

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı son sutka ərzində Rusiya hərbçilərinin itkiləri ilə bağlı məlumat yayıb.

SÜLH.İNFO.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının martın 25-nə olan əməliyyat icmalında məlumat verilib.

“Ötən sutka ərzində düşmənin 9 hücumu dəf edilib, 12 tankı, 20-yə yaxın zirehli və avtomobil texnikası, 9 artilleriya sistemi məhv edilib. Düşmən 200-dən çox hərbi qulluqçusunu itirib. Hava hücumundan müdafiə bölmələri Rusiyanın 2 təyyarəsini və 2 PUA-sını vurub. Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin qruplaşması ötən gün ərzində düşmənin 6 hava hədəfini vurub: 1 təyyarə, 1 PUA və 4 qanadlı raket”, - məlumatda deyilir.