​"Hərbçilərimizin həlak olması xəbəri yalandır" - Müdafiə Nazirliyi

​
14:20 25.03.2022
138 Hərbi
A- A+

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində guya PUA-ların istifadə edilməsi ilə silahlı toqquşmanın baş verməsi və nəticədə hərbi qulluqçularımızın həlak olması barədə Ermənistan tərəfinin yaydığı təxribat xarakterli xəbərlər yalandır.

Müdafiə Nazirliyindən SÜLH.İNFOaz-a verilən məlumata görə, Azərbaycan Ordusunun bölmələri güc tətbiq etmədən mövqelərin və dislokasiya məntəqələrinin yerlərinin dəqiqləşdirilməsi prosesini davam etdirir.

Bölmələrimiz əməliyyat şəraitinə tam nəzarət edir.