​"VAZ" böhrana görə dördgünlük iş rejiminə keçir

​
15:20 25.03.2022
230 Dünya
A- A+

Rusiyanın "AvtoVAZ" avtomobil şirkəti elektron komponentlərin tədarükündə davam edən böhranla əlaqədar iyunun 6-dan başlayaraq dördgünlük iş rejiminə keçəcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə şirkətin açıqlamasında deyilir.

Qeyd olunur ki, bu rejimin üç ay müddətində davam etməsi nəzərdə tutulub.

Məlumata əsasən, şirkətin Tolyatti və İjevsk şəhərlərindəki müəssisələrində iş həftəsi azaldılacaq. Bu qərar şirkətin bütün əməkdaşlarına şamil olunacaq.