​"Rusiya Ukraynada 35 “Bayraktar” vurub" - Sergey Rudskoy

​
18:40 25.03.2022
167 Dünya
A- A+

Ukrayna ordusunda xidmətdə olan 2416 tank və digər döyüş zirehli texnikasından 1587-si məhv edilib

SÜLH.İNFO.az  xəbər verir ki, bunu Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy deyib.

O bildirib ki, 152 hərbi təyyarədən 112-si, 149 helikopterdən 75-i, 36 Bayraktar TB2 pilotsuz təyyarəsindən 35-i, müxtəlif təyinatlı 300 radiolakasiya stansiyasından 117-si məhv edilib.