Fransada prezidentliyə namizəd Erik Zemmura paytaxt Parisin şimalında Port-de-lya Villet parkına səfəri zamanı butulka atılıb. 

SÜLH.İNFO.az xarici mətbuata istinadən xəbər verir ki, həmin park narkotik istifadəçilərinin toplaşdığı məkan olaraq tanınır.

Bildirilib ki, hadisə Zemmur “CNews” telekanalında “Morandini live” verilişinin canlı efirində olarkən baş verib. Zemmur kütlə içərisində olarkən həmin bölgədə yaşayan bir şəxs ona hansısa əşya atıb. Prezidentliyə namizədin cangüdənlərini dərhal onu əhatəyə alıblar. Sözügedən əşyanın daha sonradan butulka olduğu aydın olub.