Bir neçə gün öncə Azərbaycanın Milli Qəhrəmanı Viktor Seryoginin ailəsi Ukraynadakı müharibə bölgəsindən çıxarılaraq Moldovada yerləşdirilib.
Bununla bağlı Modern.az-a Azərbaycan-Ukrayna parlamentlərarası dostluq qrupunun rəhbəri Rüfət Quliyev məlumat verib. Deputat bildirib ki, Milli Qəhrəmanın ailəsi hazırda Kişinyov şəhərindədir.
“Viktor Seryoginin anası Qalina xanım xəstəxanada müalicə alır. Ukraynadan çox çətin vəziyyətdə təxliyə edilən ailənin yerləşdirilməsi, təhlükəsizliyi və müalicəsi ilə Moldovadakı səfirimiz Qüdsi Osmanov şəxsən özü məşğul olur. Bu işdə çox səy göstərdi. Ailəni təxliyə edən maşına dəfələrlə hücum oldu. Dörd-beş saatlıq yolu 16-17 saata qət edərək, sağ-salamat Moldovaya gətirildilər.
Ailə ilə gündəlik əlaqə saxlanılır. Viktor Seryoginin həyat yoldaşı və qızı Prezident İlham Əliyevə təşəkkür etdiklərini bildirdilər. Həmçinin ailənin təxliyəsində canla-başla çalışan Oleq Krapivinə, Qüdsi Osmanova, Məhəmməd Əhmədzadəyə də minnətdarlıqlarını ifadə ediblər”.
Rüfət Quliyev bildirib ki, Milli Qəhrəmanın ailəsinin Azərbaycana gətirilməsi onun həyat yoldaşı Qalina xanımın səhhəti ilə əlaqədar gecikir: