​Siyəzəndə yük maşınları toqquşub, xəsarət alanlar var

​Siyəzəndə yük maşınları toqquşub,
22:00 25.03.2022
204 Hadisə
A- A+

Bakı-Quba yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un  məlumatına görə, hadisə Bakı-Quba yolunun 112-ci km-də, Siyəzənin Gilgilçay qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, Şabran sakini 1958-ci il təvəllüdlü Həsən Nuriyevin idarə etdiyi "Qazel" markalı yük avtomobili ilə Bakı sakini 1990-cı il təvəllüdlü Orxan Ağayevin idarə etdiyi "İsuzu" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində xəsarət alan hər iki sürücü Təcili Tibbi Yardımın köməyi ilə Siyəzən Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Qəzanın səbəbləri araşdırılır.