​Rusiya səfiri Fransa XİN-ə çağırılıb

​Rusiya səfiri Fransa XİN-ə
22:20 25.03.2022
184 Dünya
A- A+

Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov Fransa Xarici İşlər Nazirliyinə çağırılıb.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Rusiyanın Fransadakı səfirliyinin mətbuat xidməti məlumat yayıb.

Bundan əvvəl yerli KİV Fransa Xarici İşlər Nazirliyinə istinadən xəbər verib ki, səfir tviter hesabındakı paylaşımlara görə idarəyə çağırılıb.

Həmçinin bildirilir ki, səfir öz növbəsində Parisin diqqətini Rusiyanın Fransadakı xarici nümayəndəliklərinə qarşı həyata keçirilən və Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının pozulmasına gətirib çıxaran təxribatlara cəlb edib.