​Türkiyə İsraildən qaz almaq istəyir

​Türkiyə İsraildən qaz almaq
10:00 26.03.2022
A- A+

İsrailin baş naziri Naftali Bennetin gözlənilən səfəri zamanı bu ölkənin Aralıq dənizində hasil etdiyi təbii qazın Türkiyəyə çatdırılması müzakirə ediləcək.

SÜLH.İNFO.az  “Reuters” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan İsrail qazının təkcə Türkiyənin daxili bazarına deyil, həm də Avropaya çatdırıla biləcəyini istisna etməyib. İsrail qazının Türkiyə vasitəsilə Avropaya nəqli 2016-cı ildən müzakirə olunur.