İntensiv yağıntıların törətdiyi fəsadların aradan qaldırılması istiqamətində Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri tərəfindən zəruri tədbirlərin görülməsi davam etdirilir.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.

Bildirilib ki, FHN-in qüvvələri tərəfindən Cəlilabad rayonunun Göytəpə şəhəri və Lənkəran şəhərində su basmış ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri həyata keçirilib.