​Bayramdan qalan salatı yeyən bir ailənin üç üzvü zəhərləndi

​Bayramdan qalan salatı yeyən bir ailənin
10:40 28.03.2022
158 Hadisə
A- A+

Tovuzda zəhərlənmə faktı qeydə alınıb.

SÜLH.İNFO.az xəbər verir ki, hadisə rayonun Bozalqanlı kəndində baş verib.

1970-ci il təvəllüdlü Ə.Dəmirova, 1990-cı il təvəllüdlü E.Abdullayeva və 1992-ci il təvəllüdlü S.Abdullayev zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Xəstələrə lazımi tibbi yardım göstərilib, vəziyyətlərinin normal olduğu bildirilir.

Məlumata görə, həmin şəxslər bayramdan qalan salatı yedikdən sonra zəhərləniblər.