​Oğuzda meşədə yanğın olub

​Oğuzda meşədə yanğın
20:00 28.03.2022
146 Hadisə
A- A+

Oğuz rayonu, Xaçmaz kəndi yaxınlığındakı meşə sahəsində yanğın hadisəsi baş verib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova SÜLH.İNFO.az-a bildirib ki, Nazirliyin yerli qurumları, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları və kənd sakinləri tərəfindən yanğın söndürülüb.

Yanğın nəticəsində təxminən 1,5 hektar ərazidə quru ot örtüyü yanıb.