​Sülhməramlılarla bağlı məsələyə Azərbaycan MN ətraflı cavab verib - RƏSMİ

​Sülhməramlılarla bağlı məsələyə Azərbaycan
23:20 28.03.2022
169 Hərbi
A- A+

“Saxta ittihamlarla beynəlxalq ictimaiyyətə yalan müraciətlər edən Ermənistan anlamalıdır ki, bölgədə sülh və sabitliyin təmin olunması yalnız üçtərəfli bəyanatın bütün müddəalarının qeyd-şərtsiz icrasından asılıdır”.

SÜLH.İNFO.az  xəbər verir ki, bu, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Mətbuat xidməti idarəsinin məlumatında əksini tapıb. Bildirilib ki, Ermənistanın birgə bəyanatın əksinə olan digər bütün addımları yalnız sülh quruculuğu prosesinə maneə olacaq.

“O ki, qaldı Azərbaycan ərazilərində müvəqqəti yerləşən Rusiya sülhməramlılarına aid məsələlərə, bununla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin müvafiq açıqlamalarında ətraflı məlumat verilib”, - qeyd olunub.