​Təyyarə supermarketin üzərinə düşdü - Ölənlər var

​Təyyarə supermarketin üzərinə düşdü -
12:40 29.03.2022
182 Dünya
A- A+

Meksikanın Morelos əyalətində yerləşən Temixco şəhərində ikimühərrikli "Beecraft King Air 90" kiçik təyyarəsi supermarketin üzərinə düşüb.

SÜLH.İNFO.az xəbər verir ki,  hadisə  nəticəsində 3 nəfər ölüb, 5 nəfər yaralanıb.

Qəzaya uğrayan təyyarənin qalıqları birmərtəbəli tikili olan supermarketin divarını aşaraq içəri keçib. Hadisənin baş vermə  səbəbi araşdırılır.