​"Minalar Rusiya və ya Ukraynada deyil, bizim ərazimizdə aşkarlanır” - Hulusi Akar

​
16:00 29.03.2022
123 Dünya
A- A+

“Türkiyə sahillərinə Ukraynada basdırılan minalar gəlib, yoxsa bunlar başqa minalardır, bu barədə əmin olmadan bir söz demək düzgün olmaz”.

SÜLH.İNFO.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

Nazir “Minaların aşkarlanması məsələsində Rusiya ilə əməkdaşlıq var?” sualına da cavab verib.

“Xeyr. Minalar bizim ərazimizdə aşkarlanır, Rusiya və ya Ukrayna tərəfində yox. Rumıniya və Bolqarıstanla əməkdaşlığımız var. Rusiya ilə əməkdaşlığımız ayrı”, - Hulusi Akar vurğulayıb.