​Rus deputat Azərbaycandan üzr istədi

​Rus deputat Azərbaycandan
18:00 29.03.2022
187 Siyasət
A- A+

Azərbaycanın neft sənayesinə zərbə endirməyə çağırış edən Rusiya Dövlət Dumasının deputatı Mixail Delyaqin sözlərinə görə üzr istəyib.

SÜLH.İNFO.az xəbər verir ki, rusiyalı deputat “Qovorit Moskva” radiostansiyasının efirində bildirib ki, o, düzgün anlaşılmayıb.

Delyaqin bildirib ki, verilişin formatına uyğun olaraq belə bir davranış sərgiləyib.

“Mənim sözlərimdən qorxan, inciyən və yaxud təhqir olunan hər kəsdən üzr istəyirəm”, - deyə Delyaqin söyləyib.