​Rusiya XİN-dən Azərbaycanı hədələyən deputatla bağlı AÇIQLAMA

​Rusiya XİN-dən Azərbaycanı hədələyən deputatla bağlı
19:40 29.03.2022
150 Dünya
A- A+

Rusiyanın Xarici İşlər Nazirliyi Dövlət Dumasının deputatı Mixail Delyaginin yerli televiziya kanallarından birində Azərbaycanla bağlı verdiyi səriştəsiz və cəfəng açıqlamalara münasibət bildirib.

SÜLH.İNFO.az  RİA Novosti-yə istinadən xəbər verir ki, açıqlamada deyilir:

“Deputat Delyaginin Azərbaycan və Qarabağla bağlı bəyanatları Moskvanın mövqeyi ilə uyğun gəlmir, bu cür bəyanatlar yolverilməzdir”, - deyə Rusiya XİN-dən vurğulanıb.

Xatırladaq ki, rusiyalı deputat Azərbaycanı “proksi-dövlət” adlandırmış və ölkəmizin neft sənayesini vurmağı təklif etmişdi.