​"Hər gün Ukraynaya təxminən 40 raket atılır" - Zelenski

​
20:40 29.03.2022
330 Ölkə
A- A+

“Hər gün Ukraynaya təxminən 40 raket atılır”.

SÜLH.İNFO.az  UNİAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

“Bu səhər də belə olub. Nikolayev hədəf alınıb. Nəticədə 7 nəfər ölüb, 22 nəfər yaralanıb. Onlar Rusiya üçün heç bir təhlükə yaratmasalar da, hədəfdə alınırlar”, - dövlət başçısı söyləyib.

V.Zelenski bu müharibəi İkinci Dünya savaşı ilə müqayisə edib: “Bizə qarşı qəddarlıq İkinci Dünya müharibəsindəki vandallıqdan daha çoxdur. Bu, Avropa üçün ən dağıdıcı müharibələrdən biridir. Onlarla şəhərimiz, infrastuktur obyektimiz dağıdılıb, məhv edilib. Onlardan 773-ü təhsil müəssisəsidir. Hətta dilsələr, Holokost qurbanlarının xatirəsinə ucaldılmış abilədər də hədəfdir. Ruslar Ukraynanın xarabalığa çevrilməsinə çalışırlar”, - o bildirib.