​Ukraynada əsir düşən azərbaycanlı tələbə GERİ QAYTARILDI

​Ukraynada əsir düşən azərbaycanlı tələbə
22:00 29.03.2022
143 Dünya
A- A+

Ukraynada əsir düşən Azərbaycan vətəndaşı Əziz Haqverdiyev azad olunub.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Bizim.Media-ya qardaşı Elçin Haqverdiyev məlumat verib.

Bildirib ki, qardaşının səhhətində ciddi problem yoxdur. Sadəcə Ukrayna dilini bilmədiyi üçün həmin ölkədə anlaşılmazlıqla qarşılanaraq saxlanılıb:

“Qardaşım artıq yanımızdadır. Psixoloji cəhətdən bir qədər narahatlığı var. Ukraynada rus dilində təhsil alırdı deyə həmin ölkənin dilini bilmirdi. Problem də elə buna görə baş verib. Sağ olsun dövlətimiz, səfirliyimizin əməkdaşları qardaşımın ölkəyə gətirilməsi üçün əlindən gələni etdi”, - deyə Elçin Haqverdiyev qeyd edib.

Qeyd edək ki, Ukraynada təhsil alan və dövlət imtahanı üçün həmin ölkəyə gedən Əziz Bədirxan oğlu Haqverdiyevdən ailəsi sonuncu dəfə fevralın 21-də xəbər tutmuşdu.

Ardınca Rusiya-Ukrayna arasında yaşanan gərginlik səbəbindən bütün əlaqələr kəsilib.

O vaxta qədər ki, Ukraynada sosial şəbəkələrdə soydaşımızın saxlanma xəbəri yayılıb. Bundan sonra Azərbaycanın aidiyyəti qurumları hərəkətə keçib və Əziz Haqverdiyev ölkəyə gətirilib.