​Qolaya Pristan şəhərinin meri qaçırılıb - Ukrayna Baş Prokurorluğu

​Qolaya Pristan şəhərinin meri qaçırılıb
23:40 29.03.2022
140 Dünya
A- A+

Ukraynanın Xerson vilayətində Qolaya Pristan şəhərinin meri Aleksandr Babiçin rusiyalı hərbçilər tərəfindən qaçırılması faktı üzrə məhkəmə icraatına başlanılıb.

SÜLH.İNFO.az  unian-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb.

İstintaqın məlumatına görə, martın 28-də Rusiya Silahlı Qüvvələrinin hərbçiləri Babiçi odlu silahla hədələyərək qaçırıblar və hazırda girov kimi saxlayırlar.

Qurumdan əlavə ediblər ki, hazırda hadisənin baş vermə şəraiti və hadisədə iştirak edən şəxslərin müəyyən edilməsi üzrə bütün mümkün və müvafiq tədbirlər görülür.