​Ukraynanın Nikolayev şəhərinə endirilən raket zərbəsi zamanı 12 nəfər ölüb

​Ukraynanın Nikolayev şəhərinə endirilən raket zərbəsi zamanı
11:00 30.03.2022
159 Dünya
A- A+

Ukraynanın Nikolayev şəhərində vilayət dövlət administrasiyasının binasına endirilən raket zərbəsi nəticəsində 12 nəfər həlak olub, daha 34 nəfər yaralanıb.

SÜLH.İNFO.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Nikolayev vilayəti hərbi administrasiyasının rəhbəri Vitali Kim teleqramda məlumat verib.

O qeyd edib ki, xilasetmə əməliyyatı davam edir. "Hələlik: 34 yaralı, 12 ölü", - Kim yazıb.

Hücum dünən baş verib. İlkin məlumatlara görə, hadisə zamanı binada xeyli az adam olub. Qeyd edilir ki, zərbə zamanı binada xeyli sayda insan olub, onlardan 100 nəfər “möcüzə” nəticəsində sağ qalıblar.