​Əməkdar rəssam həbs edildi

​Əməkdar rəssam həbs
20:40 30.03.2022
A- A+

Azərbaycanda Əməkdar rəssamı həbs edilib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə vəkil Adəm Məmmədov məlumat bildirib.

O qeyd edib ki, Ələkbərov Rəşad Böyükağa oğlu Cinayət Məcəlləsinin 192.1 (qanunsuz sahibkarlıq), 247 (işlərin yerinə yetirilməsi zamanı ətraf mühitin mühafizəsi qaydalarını pozma) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Bu gün R.Ələkbərovun barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.