​Boris Consondan “Bayraktar” açıqlaması

​Boris Consondan “Bayraktar”
09:40 31.03.2022
302 Dünya
A- A+

Britaniya Baş naziri Boris Conson İcmalar Palatasının komitəsində millət vəkillərinin suallarını cavablandırarkən “Bayraktar TB2” PUA-larını xatırladıb.

SÜLH.İNFO.az xəbər verir ki, o, tədarük etdikləri “STARStreak” yüksək sürətli hava hücumundan müdafiə raketlərinin və Türkiyədən alınan adıçəkilən PUA-larının Ukraynadakı müharibədə mühüm rol oynadığını bildirib.

Hökumət başçısı Rusiyaya qarşı sanksiyaların ölkə hərbçilərinin Ukraynanı tərk edənədək davam etdirilməli olduğunu qeyd edib.

Conson, həmçinin ölkəsinin Ukrayna xalqına dəstəyini artıracağını vurğulayıb.