​Rusiya Mariupolda sükut rejimi elan edəcək

​Rusiya Mariupolda
10:00 31.03.2022
265 Dünya
A- A+

Rusiya Müdafiə Nazirliyi martın 31-i saat 10:00-dan etibarən Mariupolda sükut rejimi elan edəcək.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Milli Müdafiəyə Nəzarət Mərkəzinin rəhbəri, general-polkovnik Mixail Mizintsev məlumat verib.

O qeyd edib ki, Mariupoldan Zaporojyeyə evakuasiya üçün əlavə humanitar dəhliz açılacaq.

Mizintsevin sözlərinə görə, hazırkı gün üçün Ukrayna hakimiyyəti Zaporojye istiqamətində daha dörd marşrut elan edib.