"Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev təltif olunub.
Bu barədə SÜLH.İNFO.az -a Birlikdən məlumat verilib.
Məlumata görə, müdafiə sənayesi naziri Mədət Quliyevin müvafiq əmri ilə "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev "Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin 15 illiyi (2005-2020)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edilib.