Həbsdə olan İmişli Rayon İcra Hakimiyyətinin sabiq icra başçısı Vilyam Hacıyevin oğlu Məhəmməd Hacıyev işdən çıxarılıb.
Bununla bağlı Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. Əmrlə Qubadlı rayon prokurorluğunun müstəntiqi Məhəmməd Hacıyev tutduğu vəzifədən azad edilib.
Baş Prokurorluğun Mətbuat xidməti "Unikal"-a xəbəri təsdiqləyib.