​Sumqayıtda kartdan 2 min manat oğurlanıb

​Sumqayıtda kartdan 2 min manat
13:00 02.04.2022
269 Hadisə
A- A+

Sumqayıt Şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə martın 27-də şəhər sakini S.İbadovun bank hesabından 2010 manatının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən H.Z.Tağıyev qəsəbə sakini E.Ağayev müəyyən edilərək saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.