​"Barselona" qalib gəldi, ikinci pilləyə yüksəldi

​
09:20 04.04.2022
248 İdman
A- A+

Barselonanın “Nou Kamp” stadionunda İspaniya Primerasının XXX turunda “Barselona” - “Sevilya” komandalarının görüşü keçirilib.

SÜLH.İNFO.az xəbər verir ki, qarşılaşma 1:0 hesabı ilə Kataloniya təmsilçisinin xeyrinə başa çatıb.

Matçda yeganə qolu 72-ci dəqiqədə Pedri vurub. "Barselona"nın 19 yaşlı yarımmüdafiəçisi bu mövsüm komandanın heyətində 18 oyuna çıxıb, 4 qol vurub və 1 məhsuldar ötürmə edib.

“Barselona” 57 xalla turnir cədvəlinin ikinci pilləsində, “Sevilya” 57 xalla üçüncü pillədə qərarlaşıb.

Turnir cədvəlinin lideri “Real Madrid”dir (69 xal).