​MN-dən partlayış səsləri ilə bağlı XƏBƏRDARLIQ

​MN-dən partlayış səsləri ilə bağlı
11:00 04.04.2022
259 Hərbi
A- A+

Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir.

Bu barədə SÜLH.İNFO.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, döyüş sursatlarının utilizasiya prosesi  04.04.2022-ci il tarixdən 09.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.

Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək.