​Apteklərdə monitorinq keçirildi, 9 adda dərman müsadirə olundu

​Apteklərdə monitorinq keçirildi,
16:40 04.04.2022
313 Toplum
A- A+

Bakı şəhəri üzrə 10, digər rayonlar üzrə 2 aptek olmaqla, 12 aptekdə planlı və plandankənar yoxlamalar həyata keçirilib.

Bu barədə SÜLH.İNFO.az-a Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

Bildirilib ki, müsadirə edilən qeydiyyatsız və sertifikatsız dərman vasitələrinin sayı 9 adda 26 qutu təşkil edib. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 221.1, 451, 452.1, 452.3 maddələri üzrə 7 protokol tərtib edilib.