​Ərdoğan Qazaxıstan prezidenti ilə DANIŞDI

​Ərdoğan Qazaxıstan prezidenti ilə
18:20 04.04.2022
295 Dünya
A- A+

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.
Qeyd olunub ki, danışıq zamanı Türkiyə-Qazaxıstan əlaqələrinin gücləndirilməsi istiqamətində atılan addımlar və regional hadisələr, xüsusilə Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Bundan əlavə, Türkiyə Prezidenti Rusiya-Ukrayna müharibəsi səbəbindən Şərq-Qərb marşrutu üzrə Xəzər dənizindən keçən Orta Dəhlizinin inkişafına ehtiyacın artdığını qeyd edib.