​Qəbiristanlıqdan oğurluq edənlər saxlanıldı

​Qəbiristanlıqdan oğurluq edənlər
15:20 05.04.2022
260 Hadisə
A- A+

Şəmkirdə qəbiristanlıqdan oğurluq edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən SÜLH.İNFO.az-a verilən məlumata görə, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində fevral ayında Çinarlı qəsəbəsi ərazisində yerləşən qəbiristanlıqdakı qəbirlərdən birinin üzərinə quraşdırılmış alüminiumdan olan 4 ədəd gül qablarını oğurlamaqda şübhəli bilinən qəsəbə sakinləri X.Hüseynov, M.Abışov və əvvəllər məhkum olunmuş R.Əhmədov saxlanılıb.

Ətraflarında aparılan tədbirlərlə onların cari ilin yanvar-mart ayları ərzində həmin qəbiristanlıqdakı daha 8 qəbirin ətrafına quraşdırılmış alüminiumdan olan gül qablarını oğurlamaları da müəyyən olunub.