​Spiker: “Gürcüstan, Ermənistan və Azərbaycan bir-biri ilə danışmağa başlamalıdır”

​Spiker:
23:59 05.04.2022
320 Siyasət
A- A+

“Regiondakı risk və çağırışları nəzərə alaraq, Gürcüstan, Ermənistan və Azərbaycanın bir-biri ilə danışmağa başlaması vacibdir”.

“Report” xəbər verir ki, bunu Ermənistanda rəsmi səfərdə olan Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili deyib.

Onun sözlərinə görə, Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin BMT Baş Assambleyasında səsləndirdiyi təşəbbüs dinc qonşuluq təşəbbüsü idi:

“Biz bilirik ki, Gürcüstan baş nazirinin həm Azərbaycan, həm də Ermənistan hakimiyyəti ilə çox sıx etibarlı münasibətləri var. Onun vasitəçiliyi ilə Azərbaycan və Ermənistan arasında humanitar razılaşma əldə olunub. Buna görə də hesab edirəm ki, Gürcüstan regionda etimadın bərpası və dayanıqlı sülhün təminatında çox müsbət rol oynaya bilər”.