​Əli Əsədov Artur Rasizadənin qərarına DƏYİŞİKLİK ETDİ

​Əli Əsədov Artur Rasizadənin qərarına
14:00 07.04.2022
207 Ölkə
A- A+

Azərbaycanın sabiq Baş naziri Artur Rəsizadənin 17 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Reklamı qadağan olunan əmtəələrin Siyahısı”nda dəyişiklik edilib.

SÜLH.İNFO.az  xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, siyahıya daxil olan “Keçirilməsi qadağan edilmiş stimullaşdırıcı lotereyalar və qeydiyyata alınmamış digər lotereyalar” anlayışı “Qumar oyunları, həmçinin “Bədən tərbiyəsi və idman haqqında” və “Lotereyalar haqqında” qanunlarla müəyyən edilmiş qaydada dayandırılmış, ləğv edilmiş və ya keçirilməsi qadağan edilmiş idman mərc oyunları və lotereyalar” anlayışı ilə əvəzlənib, ayrıca “Qumar oyunları” anlayışı ləğv olunub.