UEFA Avropa Liqasında 1/4 final mərhələsinə start verilib.
SÜLH.İNFO.az xəbər verir ki, açılış oyununda Almaniya "Leyptsiq"i İtaliya "Atalanta"sını qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.
Görüşdə hesabı qonaqlar açıblar. Luis Muriel 17-ci dəqiqədə komandasını önə keçirib. Meydan sahibləri 58-ci dəqiqədə Davide Zappakostanın öz qapısına vurduğu qolla tarazlığı bərpa ediblər.
Komandalar arasında cavab matçı aprelin 14-də oynanılacaq.