​"Deputat müğənninin toya 15 minə getməsini necə qəbul edir?" - VİDEO

​
22:20 08.04.2022
215 Sosial
A- A+
“Bankdan kredit götürüb toyuna 15 min manata müğənni gətirən insanlar var”
 
 
Bakupost.az xəbər verir ki, bunu APA TV-də yayımlanan “Sosium” verilişində iqtisad elmləri doktoru, professor Zahid Məmmədov deyib.
 
O, sadə bir müəllimin belə toy üçün yüksək məbləğdə xərclərin altına girdiyini qeyd edib:
 
“Sadə bir müəllimə tanıyıram, övladı üçün illik 1000 manat təhsil haqqı ödəməsindən şikayət edir, amma onun toyuna 15 min manata ən zəif müğənnini dəvət edir. Bəzi hallarda millət vəkiləri də elə toylarda iştirak edir. Bəs millət vəkili bir müğənninin 4 saatlıq əməyinin qarşılığında 15 min manat almasını necə qəbul edir?
 
Mən, şəxsən, elə toya getmərəm.
 
Sadə müəllim bankdan kredit götürür, sual verirəm ki, nə üçün lazımdır? Deyir ki, toy etməliyəm, toyda bu pulu yığaram. Amma bu insanlara başa salmaq lazımdır ki, sənin gücün bu deyil. İllik təhsil haqqı 1000-2000 min manat, toyda 4 saat mahnı oxuyan müğənninin əməkhaqqı isə 15 min manatdır”.