​Ukraynadan Azərbaycana 39 sürücü təxliyə edildi

​Ukraynadan Azərbaycana 39 sürücü
14:20 11.04.2022
262 Toplum
A- A+

Bu günə qədər Azərbaycana Ukrayna ərazisindən 36 yük nəqliyyat vasitəsi üzrə 39 sürücü təxliyə edilib.

Bu barədə SÜLH.İNFO.az-a Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasından bildirilib.

Məlumatda qeyd edilib ki, Rusiya-Ukrayna müharibəsi zamanı Ukrayna ərazisində olan azərbaycanlı sürücülər çətin və təhlükəli vəziyyətdə qalmışdı:

“Hadisələrin ilk günündən Azərbaycan höküməti tərəfindən həmin sürücülərin təxliyəsi ilə bağlı işlərə başlanıb. Təxliyə ilə bağlı təhlükəsiz marşrut müəyyən edildikdən sonra həmin sürücülər Ukrayna hüdudlarından çıxarılıb. TIR sürücüləri Moldova-Rumıniya-Bolqarıstan-Türkiyə-Gürcüstan marşrutu üzrə ölkəyə gəliblər”.