Pakistanın keçmiş Baş naziri İmran Xanın başçılıq etdiyi Təhrik-i İnsaf Partiyası yeni Baş nazir seçikisindən əvvəl parlamentin tərkibindən çıxıb.
SÜLH.İNFO.az xəbər verir ki, məlumatı “RİA Novosti” yayıb.
“Biz istefa verdiyimizi elan edir, bütövlüklə parlamentdən gedirik”, - Baş nazir postuna Təhrik-i İnsaf Partiyasının namizədi, keçmiş xarici işlər naziri Şah Mahmud Qureyşi bildirib.
Məlumata görə, bununla belə Şah Mahmud Qureyşinin adı seçki bülletenində qalıb. Belə şəraitdə müxalifətin namizədi Pakistan Müsəlman Liqasının sədri Şahbaz Şərif Baş nazir postuna yeganə namizəd olacaq.