Avropa İttifaqının (Aİ) 27 ölkəsinin xarici işlər nazirləri hərbi cinayətlərə dair sübutların toplanması və bu işə maliyyə yardımı edilməsi üçün Ukraynaya missiya göndərmək qərarına gəliblər.
SÜLH.İNFO.az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Aİ Şurasının Lüksemburqda keçirilən iclasının yekunlarına dair mətbuat konfransında bildirib.
“Müharibədən əvvəl Ukraynada olan Aİ-nin məsləhət missiyası indi müharibə cinayətləri ilə bağlı sübutların toplanmasına kömək etmək üçün yenidən iş başında olacaq. Aİ bu fəaliyyət üçün maliyyə yardımı edəcək”, - o deyib.