​Xorvatiya Rusiya diplomatlarını ölkədən çıxarır

​Xorvatiya Rusiya diplomatlarını ölkədən
21:40 11.04.2022
167 Dünya
A- A+

Xorvatiya Rusiya diplomatlarını ölkədən çıxarır.

SÜLH.İNFO.az xəbər verir ki, bu barədə Xorvatiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Xorvatiya Rusiya səfirini səfirlikdə diplomatik və inzibati işçilərin sayının azaldılması ilə bağlı xəbərdar edib.
“Rusiya Federasiyası səfirliyinin 18 diplomatı və 6 inzibati heyət üzvü (ümumilikdə 24 işçi) Xorvatiya Respublikasını tərk etmək tələb olunub”, XİN-in məlumatında qeyd olunub.
Qeyd edək ki, Sloveniya da Rusiyanın 33 diplomatını ərazisindən xaric edəcəyini açıqlayıb.