​Azərbaycanda qatar iki qadını vurdu

​Azərbaycanda qatar iki qadını
10:20 12.04.2022
252 Hadisə
A- A+

Şəmkirdə qatar iki nəfəri vurub.

SÜLH.İNFO.az xəbər verir ki, hadisə Bakı-Gürcüstan dəmiryolu xəttinin rayonun Zəyəm kəndi ərazisindən keçən hissəsində baş verib.

Qəza nəticəsində Sabir kənd sakini, 2003-cü il təvəllüdlü Nurcan Ələkbər qızı Məmmədova və Gəncə şəhər sakini, 2002-ci il təvəllüdlü Aysel Nizami qızı Həsənova xəsarət alıblar.

Qatarın fit səsini gec eşitdiyindən lokomotivin küləyi onları vuraraq kənara atıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.