İtaliyada koronavirusun həm omikron, həm də delta ştamlarını birləşdirən yeni variantı aşkar edilib.
SÜLH.İNFO.az-ın məlumatına görə, həmin variant təxminən iki ay əvvəl yoluxmuş şəxsdə müəyyən edilib.
Qeyd olunur ki, digər xəstəliklərdən də əziyyət çəkən 50 yaşlı şəxs koronavirusa yoluxduqdan sonra həyatını itirib.
İtaliyanın Emiliya-Romanya vilayətində laboratoriyaların birində aparılan araşdırma bu növün yeni variant olduğunu üzə çıxarıb. Koronavirusun yeni növünə "Xf" adı verilib.